Türkiyənin “Beşiktaş” komandası qapıçısı Ersin Destanoğlu ilə vidalaşıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Türkiyə millisinin üzvü 2017-ci ildən İstanbul təmsilçisində çıxış edirdi.
İddiaya görə, gənc futbolçu karyerasını İngiltərə Premyer Liqasına yüksələn və Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də davam etdirəcək.
