Üç Azərbaycan idmançısı uşu üzrə Avropa çempionatının finalına yüksəlib

A- A A+

Moskvada keçirilən uşu üzrə Avropa çempionatında 3 Azərbaycan idmançısı final mərhələsinə yüksəlib.

Azərbaycan Uşu Federasiyasından NUHÇIXAN-a bildiriblər ki, çempionatda komandamız yeniyetmə, gənc və kişilər kateqoriyalarında çinda və vinçun versiyaları üzrə mübarizə aparırlar.

Yeniyetmələr arasında uşunun çinda növündə Fətəli İsmayılov (60 kq), gənclərin mübarizəsində Seymur Həmidov (48 kq) və kişilərin yarışında isə Elçin Eminov (60 kq) finala vəsiqə qazanıblar.

F.İsmayılov və S.Həmidov finalda türkiyəli idmançılarla qarşılaşacaqlar. Üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı E.Eminov isə qızıl medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə mübarizə aparacaq.

Milli komandamızın üzvləri Vüsal Səfərov və Murad Dadaşov isə bürünc medal uğrunda yarışlarda qalib gəliblər.

Komandamız çempionatda federasiyanın prezidenti Azər Həsənsoyun rəhbərliyi altında mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: