UEFA Avropa Liqası: "Qarabağ" bu gün İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək

A- A A+

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: