NUHÇIXAN xəbər verir ki, Sədərək rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə V-IX sinif şagirdləri arasında şahmat yarışı keçirilib.
Tədbirdə Sədərək kənd 2 nömrəli tam orta məktəbin şahmat müəllimi Qəlandar Əliyev və Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Arzuman Abdullazadə tədbirin keçirilməsi barədə şagirdlərə məlumat veriblər.
Sonra yeniyetmə şahmatçılar öz qüvvələrini sınayıblar. Yarışın nəticələrinə görə IX sinif şagirdi Ruxa Zamanlı I, V sinif şagirdi Faiq Quluzadə II, IX sinif şagirdi Zeynəb Cəlilova III yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanla mükafatladırılıblar.