İngiltərə millisinin futbolçusu Deklan Rays növbəti dəfə komandanın məşqlərini buraxıb.
NUHÇIXAN BBC-yə istinadən xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin xəstələnməsi səbəb olub.
Digər oyunçuları da infeksiyadan qorumaq məqsədi ilə oyunçu yığmadan kənarda qalıb.
D.Rays daha əvvəl nevroloji problemlər ucbatından hazırlığa qatılmamışdı.
Xatırladaq ki, İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveçlə üz-üzə gələcək. Qarşılaşma iyulun 12-də baş tutacaq.
