Sadio Mane Seneqal millisindəki karyerasını başa vurub

A- A A+

Seneqal millisinin tarixində ən məhsuldar futbolçu olan Sadio Mane yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, 34 yaşlı hücumçu qərarını dünya çempionatından sonra verdiyini bildirib.

O, ölkəsinin bayrağı naminə hər şeyini qurban verdiyini söyləyib: “Vətənim üçün həmişə sonadək mübarizə apardım və əlimdən gələni etdim".

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu gələcəkdə də ölkə futboluna xidmət etmək istədiyini vurğulayıb: "Topladığım təcrübəni ölkəm üçün istifadə etmək istəyirəm. İstər məşqçilər korpusunda, istərsə də futbol rəhbərliyində çalışaraq Seneqala faydalı olmağa hazıram".

Xatırladaq ki, Seneqal yığması DÇ-2026-da qrup mərhələsini adlasa da, 1/16 finalda Belçikaya 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Sadio Mane 2002-ci ildən Seneqal millisinin formasını geyinib. O, yığmanın heyətində keçirdiyi 130 oyunda 54 qol vuraraq komandanın tarixinin ən yaxşı bombardiri olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: