Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aprelin 26-dan 29-dək Sərhədçi Olimpiya İdman Kompleksində katedlər arasında kikboksinq üzrə ölkə birinciliyi və böyüklər arasında ölkə çempionatı keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yığma komandası da iştirak edib. Birincilikdə idmançılarımız uğurla çıxış edərək yüksək nəticələrə nail olublar. Kikboksçularımızdan Ruslan Musayev 63 kq, Röya Abdullayeva 32 kq, Duyğu Hüseynova 50 kq çəki dərəcəsində I, Kərimov Sadiq isə 26 kq çəki dərəcəsində III yerin qalibi olublar.
Qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.