Dünya çempionatında son iki yarımfinalçı müəyyənləşir

A- A A+

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Bakı vaxtı ilə saat 01:00-da start götürəcək matçda İngiltərə millisi Norveçlə qarşılaşacaq. Görüş Mayamidəki "Hard Rok" stadionunda təşkil olunacaq.

Gecənin digər oyunu isə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olacaq. Qarşılaşma "Kanzas Siti" stadionunda oynanılacaq.

Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: