Azərbaycan avarçəkəni Litvada gümüş medal qazanıb

A- A A+

Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində keçirilən açıq Litva çempionatında gümüş medal qazanıb.

Federasiyadan NUHÇIXAN-a bildirilib ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançının iştirak etdiyi yarışda yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsrail təmsilçiləri də mübarizə aparıblar.

Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq A finalına vəsiqə qazanıb. Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq yarışı ikinci pillədə başa vurub və gümüş medala sahib çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: