Türkiyənin “Fənərbağça” basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin üzvü olan ABŞ əsilli Şeyn Larkinin keçidini rəsmiləşdirib.
Basketbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şeyn Larkin son olaraq “Anadolu Efes”in formasını geyinib.
