İngiltərənin "Aston Villa" klubunun və Belçika milli komandasının futbolçusu Yuri Tilemans karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
NUHÇIXAN “The Athletic”ə istinadən xəbər verir ki, Mançester təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Hazırda tərəflər müqavilənin son detallarını müzakirə edirlər.
"Aston Villa" futbolçunu satmaq niyyətində olmasa da, onun müqaviləsində 35 milyon funt sterlinq qarşılığında sərbəst qalma bəndi yer alıb. "Mançester Yunayted"in bu məbləği ödəyərək transferi rəsmiləşdirməyi planlaşdırdığı bildirilir.
Qeyd olunur ki, "qırmızı şeytanlar" İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Edersonun tibbi müayinədən keçə bilməməsi səbəbindən baş tutmayan transferdən sonra diqqətini Yuri Tilemansa yönəldib.
Belçika millisinin üzvü 2026-cı il dünya çempionatında keçirdiyi 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
