İspaniya millisinin və "Atletik" (Bilbao) klubunun futbolçusu Aymerik Laport yayda komandasını dəyişə bilər.
NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi "Real"a təklif olunub.
Lakin paytaxt təmsilçisi hələlik qərar verməyib.
Xatırladaq ki, hazırda İspaniya millisinin əsas heyət üzvlərindən hesab olunan A.Laport ötən mövsüm 30 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 8 milyon avrodur.
