“Qarabağ”ın Bolqarıstan klubu ilə oyunlarının başlama saatı bəlli olub

A- A A+

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK komandası ilə keçirəcəyi oyunların başlama saatı bəlli olub.

NUHÇIXAN Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək.

İyulun 30-da Sofiyada yerləşən “Vasil Levski” Milli Stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” I raundda İslandiyanın “Vestri” kollektivini hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: