"Bavariya" Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir

A- A A+

Almaniyanın "Bavariya" klubu futbolçusu Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir.

NUHÇIXAN insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı yarımmüdafiəçini satmaq niyyətində deyil.

Ölkə çempionu fransalı oyunçunu komandada ən çox maaş alan futbolçulardan biri etməyi planlaşdırır.

Onun hazırkı sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Maykl Olise 2025/2026 mövsümündə "Bavariya"da 52 oyuna 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: