“Bloomberg”: FIFA dünya çempionatının final oyununu təxirə salmağı planlaşdırmır

A- A A+

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Kanadadakı meşə yanğınlarının yaratdığı tüstüyə baxmayaraq, dünya çempionatının finalını təxirə salmağı planlaşdırmır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, vəziyyətlə bağlı FIFA nümayəndələri ilə Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun direktoru Endryu Culiani arasında qeyri-rəsmi müzakirələr aparılıb. Sinoptiklərin proqnozuna görə, hava keyfiyyətində müvəqqəti pisləşmədən sonra tüstü iyulun 19-dək əsasən dağılacaq.

Qeyd edək ki, dünya çempionatının final oyunu Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən Metlife stadionunda keçiriləcək. İyulun 17-də Nyu-Yorkda hava keyfiyyəti indeksi sağlamlıq üçün zərərli hesab olunan 166 səviyyəsinə yüksəlsə də, hazırda bu göstərici 67-yə enib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: