Bu gün futbol üzrə avrokubokların III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan təmsilçilərinin də növbəti mərhələdəki mümkün rəqibləri bəlli olacaq.
İlk olaraq Bakı vaxtı ilə saat 14:00-da UEFA Çempionlar Liqasının püşkü atılacaq. II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq "Sabah" püşkatmada səpələnməmişlər səbətində qərarlaşıb.
“Sabah”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Larn" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"İberiya"(Gürcüstan) - "Slovan"(Slovakiya) cütünün qalibi
"Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi
"Eqnatiya" (Albaniya) - "Selye" (Sloveniya) cütünün qalibi
"Omoniya (Kipr) - "Kayrat" (Qazaxıstan) cütünün qalibi
Saat 15:00-da isə UEFA Avropa Liqasında növbəti raundun cütlükləri müəyyən ediləcək. "Qarabağ" püşk zamanı səpələnmişlər qrupunda yer alacaq. Ağdam klubu III mərhələyə vəsiqə qazanmaq üçün ilk növbədə II təsnifat mərhələsində Bolqarıstanın MOİK komandasını üstələməlidir.
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Şerif" (Moldova) - "Makkabi" (Tel-Əviv, İsrail) cütünün qalibi
"Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) cütünün məğlubu
"Fənərbağça" (Türkiyə) - "Qurnik" (Polşa) cütünün məğlubu
UEFA Konfrans Liqasında mübarizə aparan "Neftçi" və "Zirə" də bu gün potensial rəqiblərini tanıyacaqlar. Hər iki komanda püşkatma mərasiminə səpələnməmişlər səbətindən qoşulacaq. II təsnifat mərhələsində "Neftçi" Belarusun "Dinamo" (Minsk), "Zirə" isə Estoniyanın "Payde" kollektivi ilə qarşılaşacaq.
“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi
"Pakş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) cütünün qalibi
"Luqano" (İsveçrə) - "Dukadjini" (Kosovo) cütünün qalibi
AEK (Larnaka, Kipr) - "Beytar" (İsrail) cütünün qalibi
“Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:
"Bravo" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi
"Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi
"Rakuv" (Polşa) - "Valletta" (Malta) cütünün qalibi
"Riyeka" (Xorvatiya) - "Derri Siti" (İrlandiya) cütünün qalibi
"Polesye" (Ukrayna) - "Kopenhagen" (Danimarka) cütünün qalibi.
