"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
NUHÇIXAN-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u qəbul edəcək.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək.
Görüşün baş hakimi polşalı FIFA referisi Lukaş Kujma olacaq.
Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
