AFFA-nın yeni texniki direktoru üçün müəyyənləşdirilən hədəflər bəlli olub

A- A A+

Qarşıdakı üç il ərzində əsas məqsədimiz Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək, milli komandaların nəticələrini yaxşılaşdırmaq və onların daha uğurlu çıxış etmələrinə nail olmaqdır.

NUHÇIXA N  xəbər verir ki, bu sözləri AFFA-nın yeni texniki direktoru Edmond Klaus qurumun rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, qarşısına qoyduğu əsas məqsədlərdən biri yaxın gələcəkdə gənclərdən ibarət yığmaların UEFA turnirlərinin A Liqasında mübarizə aparmaları və beynəlxalq arenada daha rəqabətədavamlı olmalarıdır: “Həm toplanışlar zamanı, həm də toplanışlardan kənarda millinin bütün futbolçuları üçün fərdi inkişaf proqramlarının hazırlanması, oğlan və qızlardan ibarət millilərin vahid futbol fəlsəfəsinə əsaslanan cəlbedici oyun üslubunda çıxış etmələri, akademiyaların qiymətləndirilməsi, istedadların müəyyənləşdirilməsi sisteminin yaradılması, texniki fəaliyyətlə məşğul olan AFFA departamentləri arasında daha sıx əməkdaşlığın və səmərəli iş prinsipinin formalaşdırılması prioritetlərimizdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: