UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Bolqarıstanın MOİK komandasının Bakıya səfər planı bəlli olub.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi iyulun 22-si səhər saatlarında Azərbaycana yola düşəcək.
Saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda MOİK-in baş məşqçisi Xristo Yanevin mətbuat konfransı, yarım saat sonra isə komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 23-də mərkəzi arenada keçiriləcək “Qarabağ” – MOİK görüşü saat 20:00-da başlayacaq.
