“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında ikinci turun nəticələri

A- A A+

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalının ikinci turunun nəticələri məlum olub.

Ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunda ilk 3 yeri Sumqayıt  şahmatçısı Murad İbrahimli, Bakı idmançıları Nicat Abbasov və Eltac Səfərəli  öz aralarında bölüşürlər. Bu qrupda yarışan Naxçıvan şahmatçılarından Urfan Sevdimalıyev, Sadiq Məmmədov, Pərviz Qasımov, Talıb Babayev 2-ci  turu  məğlubiyyətlə  tamamlayıblar. Toğrul Həsənzadə isə ikinci  görüşü heç-heçə ilə başa vurub.

“B” qrupuna yenə də Gəncə şahmatçısı Amil Abbasov başçılıq edir. Bakı təmsilçisi Şahin Hüseynov və Quba idmançısı Elvin Bayramov  ikinci, üçüncü pillələri bölüşürlər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda Bakı idmançıları Mədinə Abbaszadə, Ramazan Şərifov və Yusif Babayev cədvəlin ən üst pilləsindədirlər.

Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.

                                                                 Emil Səmədov 

  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: