İspaniyanın "Real" klubunun futbolçusu Eduardu Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Qırmızı şeytanlar" fransalı oyunçunun klubu ilə də danışıqlara start verib.
Xatırladaq ki, Eduardu Kamavinqa 2025/2026 mövsümündə La Liqada 29 oyunda 1 qolla yadda qalıb.
