Konfrans Liqası: “Zirə” bu gün Estoniya klubu ilə qarşılaşacaq

A- A A+

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Bakı klubu Estoniyada “Payde” komandasının qonağı olacaq. Pyarnu şəhərində yerləşən “Rannastadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Sumqayıtda təşkil olunacaq. Bu cütün qalibi III raundsa "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: