İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Rodri ölkəsinin "Real" klubu ilə razılığa gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında imzalanacaq müqavilənin müddəti 2029/2030 mövsümünün sonunadək nəzərdə tutulub.
Rodri İspaniya millisinin heyətində 2024-cü il Avropa çempionu və 2026-cı il dünya çempionu olub. O, həmçinin 2024-cü ildə "Qızıl top" mükafatına layiq görülüb.
