UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda KuPS komandasının qonağı olacaq “Sabah”ın Finlandiyaya səfər planı bəlli olub.
NUHÇIXAN xəbər verir ki, klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, komanda iyulun 25-i səhər saatlarında səfərə yola düşəcək.
Bakı klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18:30-da, komandanın açıq məşq isə 19:00-da olacaq.
Qeyd edək ki, iyulun 28-də Kuopio şəhərində keçiriləcək KuPS – “Sabah” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.
