Türkiyədə futbol üzrə ilin ən yaxşıları müəyyənləşib

A- A A+

Türkiyədə futbol üzrə ilin ən yaxşıları müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, Türkiyə Futbol Federasiyasının nümayəndələri, Superliqanın oyunçuları və azarkeşlər arasında keçirilən səsvermədə ilin ən yaxşı futbolçusu “Başakşəhər” klubunun yarımmüdafiəçisi Edin Viska seçilib.

İlin ən yaxşı hücumçusu Burak Yılmaz (“Beşiktaş”), ən yaxşı yarımmüdafiəçisi Edin Viska (“Başakşəhər”), ən yaxşı müdafiəçisi Epureanu (“Başakşəhər”), ən yaxşı qapıçısı isə Mert Günok (“Başakşəhər”) olublar. Mövsümün ən yaxşı baş məşqçisi adına Abdullah Avcı (“Başakşəhər”) layiq görülüb. Həsən Əli Kaldırımın vurduğu qol isə mövsümün ən gözəl qolu seçilib. İtaliyanın “Roma” klubunda forma geyinən türkiyəli Çengiz Ündər isə ilin ən yaxşı türk təmsilçisi olub.

Qeyd edək ki, Edin Viska cari mövsümdə “Başakşəhər”in heyətində keçirdiyi 34 oyunda 13 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: