Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Bavariya"nın (Almaniya) vingeri Luis Diasla danışıqlar aparır.
NUHÇIXAN-ın xarici mediaya istinadən məlumatına görə, klub kolumbiyalı oyunçuya vergilər çıxıldıqdan sonra ildə təqribən 25 milyon avro maaş təklif edib.
Rəhbərliyin 29 yaşlı futbolçu ilə razılığa gələnədək Münxen təmsilçisinə rəsmi müraciət ünvanlamayacağı bildirilib.
"Əl-Hilal"ın yay transfer pəncərəsi üçün ümumi büdcəsi 350 milyon avrodan çoxdur. Vinger keçidə müsbət cavab verəcəyi təqdirdə, onun üçün 105 milyon avrodan 132 milyon avroyadək məbləğ ödəniləcək.
