Arda Güler "Real"dan ayrıla bilər

A- A A+

Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler İspaniyanın "Real" klubundan ayrıla bilər.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İnyaki Anqulo yazıb.

Onun fikrincə, "Kral klubu" əvvəl "Leyptsiq" forması geyinən və Fildişi Sahili ilə DÇ-2026-da məşhurlaşlan 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib və bu səbəbdən Arda Güler ilə Endrik komandanı tərk edə bilər.

Xatırladaq ki, Arda Güler "Real"a 2023-cü ilin yayında keçib və onun müqavilə müddəti 2029-cu il iyunun 30-da tamamlanır. Klub rəhbərliyinin onun müqavilə müddətini 2031-ci ilə qədər uzatmaq və maaşını artırmaq üzərində çalışdığı barədə iddialar da mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: