İngiltərə və Almaniya nəhəngləri PSJ-nin futbolçusunu transfer etmək istəyir

A- A A+

İngiltərənin "Çelsi", "Liverpul", "Tottenhem" və "Mançester Siti", Almaniyanın isə "Bayer" və "Borussiya Dortmund " klubları Fransanın PSJ komandasının futbolçusu İbrahim Mbayeni transfer etmək istəyir.

NUHÇIXAN “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 18 yaşlı vingeri minimum 50 milyon avroya satmağa hazırdır.

Mbaye ötən mövsüm Fransa Liqa 1-də 24 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: