“İmişli” heyətini Kot-d’İvuardan olan yarımmüdafiəçi Yvan Senin ilə gücləndirib.
Klubdan NUHÇIXAN-a bildirilib ki, 19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Yvan Senin karyerası ərzində ölkəsinin "Abidjan Siti", Portuqaliyanın "Sportinq" (U-19) və son olaraq Azərbaycanın "Şimal" klublarının formasını geyinib.
