Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.
NUHÇIXAN-ın məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.
Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
