“Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalında üçüncü turun nəticələri

A- A A+

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan 2019” Beynəlxalq  Şahmat Festivalının üçüncü turunun nəticələri məlum olub.

“A” qrupunda yüksək reytinq uğrunda  mübarizə aparan şahmatçılardan  ilk 3 yeri Eltac Səfərəli (Azərbaycan),  Vadim  Malaxatko (Belarus) və Timur Qareyev (ABŞ)  öz aralarında bölüşürlər. Bu qrupda yer alan Naxçıvan şahmatçılarından Urfan Sevdimalıyev və  Toğrul Həsənzadə  üçüncü  görüşü qələbə ilə başa vurublar. Talıb Babayev Bakı idmançısı Xəyalə Abdulla ilə mübarizədən heç-heçə ilə ayrılıb. Digər təmsilçilərimiz   Sadiq Məmmədov və Pərviz Qasımov isə 3-cü  turu  məğlubiyyətlə  tamamlayıblar.

“B” qrupuna yenə də Gəncə şahmatçısı Amil Abbasov başçılıq edir. Bakı  təmsilçisi Şahin Hüseynov  ikinci və Ağdam  idmançısı Fariz Əhmədov üçüncü pillələri bölüşürlər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupuna liderliyi Babək şahmatçıları Orxan Bağırov və Əli Fərəcov edirlər. Bu qrupda üçüncü yerdə isə Bakı təmsilçisi Lalə Hüseynova qərarlaşıb.

Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: