Mayın 4-də futbol üzrə Türkiyə Superliqasının XXXI turunun ilk görüşündə “Başakşəhər” səfərdə “Sivasspor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda baş tutan görüşdə qol vurulmayıb, qarşılaşma 0:0 hesabı ilə sona çatıb.
Bu bərabərlikdən sonra İstanbul komandası turnir cədvəlində 63 xalla liderdir. Sivas təmsilçisi isə 37 xalla 11-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqasında XXXI turun digər oyunları mayın 4, 5 və 6-da keçiriləcək. Turun digər qarşılaşmaları isə aşağı qeyd olunub:
“Ərzurumspor”-“Bursaspor”,
“Ankaragücü”-“Rizəspor”,
“Kasımpaşa”-“Fənərbağça”
“Akhisar Bələdiyəspor”-“Yeni Malatyaspor”,
“Göztəpə”-“Antalyaspor”,
“Qalatasaray”-“Beşiktaş”,
“Alanyaspor”-“Konyaspor”,
“Trabzonspor”-“Kayserispor”.