Neymar Braziliya millisində karyerasını başa vurub

A- A A+

"Santos"un hücumçusu Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib.

"Düşünürəm ki, Braziliya milli komandasındakı tarixim başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram", - futbolçu vurğulayıb.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya milli komandasının yeganə qolunu Neymar vurub.

Xatırladaq ki, 2010-cu ildən yığmada çıxış edən forvard keçirdiyi 130 matçda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. Komanda tarixinin ən yaxşı bombardiri olan Neymar Braziliya yığması ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: