Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır

A- A A+

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

NUHÇIXAN xəbər verir ki, İstanbul təmsilçisi Polşada "Qurnik”lə üz-üzə gələcək. “Zabje Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi belçikalı Lotar D'Hondt olacaq.

Tərəflər arasında İstanbulda keçirilən ilk oyunda "Fənərbağça" 1:0 hesablı qələbə qazanıb.

Türkiyə klubu bu mərhələni adlayacağı təqdirdə III təsnifat mərhələsində “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, III raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: