İtaliya klubu futbolçusu ilə əlaqə saxlaya bilmir

A- A A+

İtaliyanın “Leççe” komandasının və Zambiya millisinin vingeri Lamek Banda uzun müddətdir komanda ilə əlaqə saxlamır.

NUHÇIXAN xəbər verir ki, 25 yaşlı futbolçu iyulun əvvəlində mövsümöncəsi tibbi müayinəyə qatılmayıb. Onun meneceri bunu pasportla bağlı yaranmış bürokratik problemlərlə izah edib. Daha sonra Banda sosial şəbəkə hesabında dostları ilə torpaq örtüklü meydançada futbol oynadığı görüntüləri paylaşıb. Lakin həmin video qısa müddət sonra silinib.

İyulun 23-də futbolçu Zambiyanın paytaxtındakı hava limanında görüntülənsə də, bundan sonra da “Leççe”nin düşərgəsinə qoşulmayıb. Klub rəsmiləri isə oyunçunun harada olduğunu bilmədiklərini açıqlayıblar.

İtaliya mətbuatında yayılan məlumatlara görə, yaranmış vəziyyət futbolçunun “Leççe”dən ayrılmaq istəyi ilə əlaqəli ola bilər. Banda ötən mövsüm 5 qol və 4 məhsuldar ötürmə ilə komandasının A Seriyasında yerini qorumasına mühüm töhfə verib. Buna baxmayaraq, klub bu yay onun müqaviləsini avtomatik uzatsa da, futbolçu üçün nisbətən aşağı maaş müəyyənləşdirib.

Bildirilir ki, Banda Səudiyyə Ərəbistanının “Əl-Fəteh” klubu ilə danışıqlar aparır. Klub vingerə sərfəli maliyyə şərtləri ilə uzunmüddətli müqavilə təklif edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: