Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.
Bu barədə NUHÇIXAN-a yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.
Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: "Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı".
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib.
