Mourinyu İtaliyanın “Roma” futbol klubunun baş məşqçisi ola bilər

A- A A+

Portuqaliyalı futbol məşqçisi Joze Mourinyu İtaliyanın “Roma” klubuna başçılıq edə bilər.

NUHÇIXAN “Qazeta.ru” saytına istinadla xəbər verir ki, “Roma” klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə namizəd axtarır. Hazırda bu vəzifəni tutan Klaudio Ranyeri ilə müqavilənin müddəti bu mövsümün sonunda başa çatır. Qeyd edilir ki, 56 yaşlı Mourinyunun baş məşqçi vəzifəsinə təyin olunmasında Fransanın PSJ komandası da maraqlıdır.

Mourinyu 2018-ci ilin dekabr ayında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini tərk edib. Bu komanda Mourinyunun rəhbərliyi ilə Avropa Liqasının (2017) qalibi və İngiltərə Superkubokunun (2016) sahibi olub. Mourinyu məşqçi karyerası dövründə Portuqaliyanın “Portu”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və İspaniyanın “Real” komandalarına da başçılıq edib. O, iki dəfə Çempionlar Liqasının qalibi, iki dəfə Portuqaliya çempionu, üç dəfə İngiltərə çempionu, iki dəfə İtaliya çempionu və bir dəfə İspaniya çempionu olub. Onun aktivində UEFA kubokunda, Portuqaliya, İngiltərə, İtaliya və İspaniya kuboklarında və bu ölkələrin superkuboklarında qələbələr var.

2017-ci ilin əvvəlində UEFA Mourinyunun adını Avropa futboluna ən böyük töhfələr vermiş 10 ən böyük məşqçinin siyahısına daxil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: