“Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalında dördüncü turun nəticələri - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Naxçıvan şəhərində keçirilən “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalının dördüncü turunun nəticələri məlum olub.
“A” qrupunda yüksək reytinq uğrunda mübarizə aparan şahmatçılardan ilk 3 yeri Eltac Səfərəli (Azərbaycan), Timur Qareyev (ABŞ) və Nicat Abbasov (Azərbaycan) öz aralarında bölüşürlər.
Bu qrupda yer alan Naxçıvan şahmatçılarından Sadiq Məmmədov 4-cü görüşü qələbə ilə başa vurub. Pərviz Qasımov Bakı idmançısı Elmar Atakişiyevlə mübarizədən heç-heçə ilə ayrılıb. Talıb Babayev, Urfan Sevdimalıyev və Toğrul Həsənzadə dördüncü turu məğlubiyyətlə tamamlayıblar.
“B” qrupuna yenə də Gəncə şahmatçısı Amil Abbasov başçılıq edir. Bakı təmsilçisi Şahin Hüseynov ikinci və Bakı idmançısı Elxan Bayramov üçüncü pillələri bölüşürlər.
12 yaşadək şahmatçıların yer aldığı “C” qrupuna liderliyi Bakı təmsilçisi Lalə Hüseynova edir. Babək şahmatçısı Hüseyn Qənbərli və Ordubad idmançısı Uğur Həsənli isə ikinci-üçüncü yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, 9 turdan ibarət şahmat festivalı mayın 10-da yekunlaşacaq.