Braziliyanın "Sentro Sportivo Alaqoano" klubunun gənclər komandasının 15 yaşlı futbolçusu Mikael Leandro da Silva yoldaşlıq oyunu zamanı qətlə yetirilib.
NUHÇIXAN "Globo"ya istinadən xəbər verir ki, hadisə Maseyo şəhərində baş verib.
Atışma nəticəsində yeniyetmə idmançı ilə yanaşı, digər şəxslər də xəsarət alıblar.
Mülki polis əməkdaşları şahidlərin dindirilməsinə başlayıb. Cinayətin narkotik alveri ilə məşğul olan qruplaşmalar tərəfindən törədildiyi bildirilib.
