“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibi müəyyənləşir

A- A A+

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

NUHÇIXAN xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubunu mübarizədən kənarlaşdırsa, pley-offda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

“Xetafe” (İspaniya)

“Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi

“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi

“Makkabi” (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: