“Qarabağ”ın akademiyasına Afrikadan 3 futbolçu cəlb olunur

A- A A+

“Qarabağ” Futbol Akademiyasına 3 afrikalı oyunçu cəlb olunacaq.

Bu barədə NUHÇIXAN-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.

Onun sözlərinə görə, futbolçulardan biri - Rabbi Annor Qana, digər ikisi - Daniel Arieri və Viktor Çidioke isə Nigeriya vətəndaşıdır: “Onlar yaxın zamanda akademiyaya baxışa gələcəklər. Əgər məşqçilər korpusu müsbət rəy verərsə, futbolçularla yola davam edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl Pakistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Əbdül Səmədi akademiyaya cəlb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: