"Sabah"ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus"la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək.
Bu barədə NUHÇIXAN-a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
O, əlavə edib ki, dünən çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində hər hansı itki yoxdur.
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
