Toral Bayramov Nəriman Axundzadənin Türkiyə klubuna keçidini dəyərləndirib

A- A A+

Ümid edirəm ki, Nərimanın “Ərzurumspor”a keçidi uğurlu alınar.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” komandasının futbolçusu Toral Bayramov deyib.

O, Nəriman Axundzadənin Superliqa təmsilçisi “Ərzurumspor”a transferini dəyərləndirib: “Nəriman Azərbaycanın gənc istedadlarından biridir. Amma indidən onun “Ərzurumspor”da nə qədər qol vuracağını demək düzgün olmaz. Hər bir futbolçunun arzusu qol vurmaqdır. İnanıram ki, o da komandasına fayda vermək üçün əlindən gələni edəcək".

Toral Bayramov Nərimanın Türkiyə klubundan təklif aldıqdan sonra onunla məsləhətləşdiyini bildirib: “Burada olduğum müddətdə gördüklərimi, əldə etdiyim təcrübəni onunla bölüşmüşəm, müəyyən məlumatlar vermişəm. Ərzurum və Bursa arasında məsafə çox olsa da, mütləq onunla görüşəcəyik”.

Qeyd edək ki, Nəriman Axunzadə “Ərzurumspor”a ABŞ-nin “Kolambus Kryu” klubundan 1 illik icarə əsasında keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: