Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Atıcılıq Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında həlledici mərhələyə vəsiqə qazanıb.
Təsnifat mərhələsində yüksək nəticə göstərən idmançı finala yüksələrək medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, U-23 Avropa çempionatına avqustun 12-də yekun vurulacaq.
