Türkiyənin “Trabzonspor” komandası Misir millisinin futbolçusu Məhəmməd Salahla anlaşıb.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, transferi rəsmiləşdirmək üçün 34 yaşlı hücumçu İstanbula dəvət olunub.
Tibbi müayinədən keçdikdən sonra ulduz futbolçu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Məhəmməd Salahın son klubu İngiltərə “Liverpul”u olub. O, bu yay Mersisayd təmsilçisindən ayrılıb. Salah karyerası ərzində İsveçrənin “Bazel”, İngiltərənin “Çelsi”, İtaliyanın “Fiorentina” və “Roma” klublarının da formasını geyinib.
