Mayın 5-də futbol üzrə Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün çempionu müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, “Qarabağ” Topaz Premyer Liqasının 27-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda “Səbail” klubunu 4:0 hesabla (Markos Madera 21, Mahir Mədətov 42, 69, 87) məğlub edib. Bununla komanda xallarının sayını 63-ə çatdıraraq Azərbaycan çempionu adını qazanıb.
Ağdamlıların turnir cədvəlində əsas izləyicisi “Neftçi” səfərdə “Qəbələ”ni məğlub (3:1) etməsinə baxmayaraq, xal hesabında “Qarabağ”a çata bilməyib. Komandalar arasında fərq 5 xaldı. Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə çempionluğu bayram edib.