Tailandda keçirilən futbol matçı zamanı ildırım vurması nəticəsində 24 yaşlı oyunçu Sofvan Ave vəfat edib.
NUHÇIXAN "Bangkok Post"a istinadən xəbər verir ki, avqustun 4-də ölkənin cənubundakı Narathivat əyalətində baş verən hadisə zamanı daha 9 futbolçu xəsarət alıb.
Qarşılaşma zamanı ildırım çaxmasından sonra bir neçə oyunçu qazona yıxılıb. Komanda yoldaşları S.Aveyə ilk tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alan tailandlı 8 futbolçu xəstəxanaya yerləşdirilib. Yaralanan bir malayziyalı oyunçu isə müalicəsini davam etdirmək üçün vətəninə göndərilib.
