"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.
NUHÇIXAN-ın məlumatına görə, qarşılaşma Polşadakı "Lublin Arena"da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
