Kanadanın Monreal şəhərində keçirilən ATP Masters seriyalı “Canadian Open”də ikinci turun oyunları başa çatıb.
NUHÇIXAN xəbər verir ki, yarışın bir nömrəli favoriti, Almaniya təmsilçisi Aleksander Zverev turnirlə erkən vidalaşıb. O, ilk görüşündə Niderland tennisçisi Tallon Qrikspora 1:2 (7:6, 2:6, 4:6) hesabı ilə məğlub olub. Uimbldondan sonra ilk rəsmi qarşılaşmasına çıxan Zverev yalnız birinci setdə üstünlük qazana bilib.
İkinci turda mübarizəni dayandıran digər tanınmış tennisçi isə rusiyalı Daniil Medvedev olub. O, Niderland təmsilçisi Botik van de Zandsxulpa hər iki setdə məğlub olaraq 0:2 (3:6, 6:7) hesabı ilə turnirlə vidalaşıb.
Vaşinqtondakı turnirin qalibi Teylor Frists də Kanadada uğursuz çıxış edib. ABŞ tennisçisi argentinalı Tiaqo Aqustin Tiranteyə 0:2 (5:7, 3:6) hesabı ilə uduzub.
Əsas mərhələyə təsnifat oyunlarından yüksələn yunanıstanlı Stefanos Tsitsipas da növbəti mərhələyə adlaya bilməyib. Keçmiş dünya üçüncüsü braziliyalı Joao Fonsekaya 0:2 (6:7, 5:7) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
