Fransa təmsilçisi "Monako" İtaliyanın "Napoli" klubunun hücumçusu Romelu Lukakunu transfer etmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində paylaşım edib.
Liqa 1 təmsilçisi Belçika millisinin 33 yaşlı üzvü ilə bağlı "Napoli"dən informasiya istəyib.
Bildirilib ki, Lukaku bu yay Türkiyə klublarından aldığı iki təklifi geri çevirib.
Təcrübəli hücumçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.
Qeyd edək ki, R.Lukaku ötən mövsüm Neapol təmsilçisinin heyətində 6 oyunda 1 qol vurub. O, 2026-cı il dünya çempionatında isə 6 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
